Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Komissiyası Angela Merkeli dəstəklədi


Almaniya kansleri Angela Merkel təklif edir ki, xüsusi xidmət orqanları abunəçilərin hər hansı məlumatlarına giriş əldə etdiyi təqdirdə Avropanın internet provayderləri istifadəçilərini məlumatlandırsınlar.

Merkelin  sözügedən təşəbbüsü artıq Avropa Komissiyası tərəfindən dəstəklənib. Belə ki, komissiya Angela Merkelin fərdi məlumatların qorunmasına dair qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirib.

"Ümumavropa qaydaları Avropa Birliyi (AB) vətəndaşlarının fərdi məlumatlarının etibarlı müdafiəsini təmin etmək, həmçinin AB-də fəaliyyət göstərən üçüncü ölkələrin şirkətləri üçün doğrudan da yaxşı üsuldur" – Avropa Birliyindən komissar Vivian Redinq bu qənaətdədir.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, Avropa Birliyi ölkələrinin nümayəndələrinin məxfi məlumatlar barədə müzakirəsi Amerika hökumətinin təşəbbüskarı olduğu "PRISM" proqramı haqqında informasiyanın meydana çıxması ilə gündəmə gəlib. Məlumata görə, proqram çərçivəsində "Apple", "Facebook", "AOL", "Google", "Microsoft", "PalTalk", "Skype", "Yahoo!" və "YouTube" kim şirkətlər istifadəçi məlumatlarını ABŞ Milli Təhlükəsizlik Agentliyinə təqdim ediblər.

Emil Hüseynov
 
 
 
 
 
 
 




16/07/13    Çap et