“Yahoo!” ləğv edilən poçt ünvanlarını yeni istifadiçilərə verəcək
“Yahoo!” şirkəti elektron poçt ünvanı almaq üçün yaradılan saytı rəsmən istifadəyə verib.
İl ərzində fəaliyyət göstərməyən elektron poçt ünvanlarından yeni istifadəçilər yararlana biləcəklər.
“wishlist.yahoo.com” saytında istifadəçilər 5 ən çox arzuladıqları ünvanın siyahısını yaratmaq imkanı əldə ediblər. Avqustun ortalarında “Yahoo!” istifadəçiyə açıq ünvanları və 48 saat ərzində doldurulması tələb olunan ərizəyə keçidi göstərən məktub göndərəcək, - “RİA Novosti
www.ria.ru” yazır.
Bu halda “Yahoo!” diqqəti aktiv hesab edilməyən ünvanın əvvəlki sahibinə məxsus şəxsi məlumatların qorunub saxlanılmasına yönəldir.
Yeni ünvan sahibi sosial şəbəkədə və ya internet mağazasında akkauntu aktivləşdirmək üçün əvvəlki istifadəçinin şəxsi məlumatlarından istifadə edən zaman ünvan avtomatik olaraq yoxlanılacaq və beləliklə, yeni istifadəçi əvvəlki ünvan sahibinin məlumatlarından istifadə edə bilməyəcək.