Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Utilite” adlı yığcam kompüter təqdim edilib


"CompuLab" şirkəti "ARM" arxitekturasına əsaslanan prosessor ilə işləyən "Utilite" adlı yığcam kompüter təqdim edib.

"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, konfiqurasiyasından asılı olaraq, sözügedən cihaz 1, 2 və 4 nüvəli "Freescale i.MX6 (ARM Cortex-A9)" prosessoru ilə təchiz edilə bilər. Qurğuya "DDR3" standartlı 4 QB həcmində əməli yaddaş və 512 QB tutumunda sərtgövdəli daşıyıcı quraşdırıla bilər.

Daxili yaddaşın həcmini "microSD" formatlı yaddaş kartının quraşdırılması hesabına artırmaq olar. Təqdim edilmiş model, həmçinin 2 qiqabitlik "Ethernet" şəbəkə portu, "Wi-Fi 802.11b/g/n" və "Bluetooth 3.0" simsiz şəbəkə modulları, dörd ədəd "USB2.0" portu, bir ədəd "USB OTG" portu, bir ədəd "RS232" portuna malikdir. Aparatın ölçüləri 135x100x21 millimetr təşkil edir. "Ubuntu Linux" və ya "Android" əməliyyat sistemləri quraşdırıla bilər.

"CompuLab Utilite" yığcam kompüteri gələn ay satışa çıxarılacaq. Başlanğıc konfiqurasiyada onun qiyməti 99 dollar təşkil edəcək.

Emil Hüseynov
 
 
 




16/07/13    Çap et