Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
1 milyard dollar və 130 milyon istifadəçi
"Instagram"ın təsisçilərindən biri Kevin Sistromun fikrincə, sözügedən xidmət populyarlıq və istifadəçi bazasının həcminə görə "Facebook" sosial şəbəkəsini ötərək dünyanın ən böyük xidmətinə çevrilmək üçün bütün şanslara malikdir.
2012-ci ildə sosial şəbəkə "Instagram" xidməti üçün 1 milyard dollar ödəyib. O vaxtdan etibarən xidmətin istifadəçilərinin sayı üç dəfə artıb və hazırda 130 milyondan çox təşkil edir.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, Sistrom 6 saniyəlik videoçarxlar çəkməyə imkan verən "Vine" tətbiqi ilə bağlı heç bir narahatçılıq keçirmədiyini dilə gətirib.
O, "Fast Company"-yə verdiyi müsahibəsində deyib ki, "Instagram" tempi aşağı salmadan inkişaf etməyə davam edir.
Emil Hüseynov
17/07/13 Çap et