Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Linux” əməliyyat sisteminin yeni versiyası çıxıb



  
Finlandiya proqramçısı Linus Torvalds öz əməliyyat sisteminin nüvəsinin yeni versiyasına “Linux for Workgroups” adı verib.
O, bu addımla eyni adla 20 il əvvəl çıxan “Windows 3.11” əməliyyat sisteminin tarixinə ehtiram bildirmək istəyib. Həmçinin proqramın yükləməsi zamanı “Linux”in simvolu olan “Taks” pinqvini də əlində “Windows”un köhnə loqotipinin əks olunduğu bayraq saxlayır.

Qeyd edək ki, “Microsoft” korporasiyası “Windows for Workgroups 3.11”i 1993-cü ilin avqustunda L.Torvalds ilk sistemi tamamladıqdan sonra buraxıb. 1994-cü ildə TCP/IP şəbəkələrini kənar paketlər quraşdırmadan dəstəklənməsini təmin edən sistemin son yenilənməsi işıq üzü görüb.   

386 və 8 meqabayt operativ yaddaşa malik prosessor tələb edən “Windows 3.11” çox populyarlıq qazanıb və hətta  95 и XP sistemləri çıxdıqdan sonra da istifadə olunub. 2008-ci ildə “Microsoft” “Windows 3.11” üçün lisenziyanın satışlarını tamamilə dayandırıb.  
www.vesti.ru
 




17/07/13    Çap et