Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cəmiyyətin informasiya-kommunikasiya texnologiyalarına tələbatının öyrənilməsi üçün sorğu keçirilir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəmiyyətin informasiya-kommunikasiya texnologiyalarına (İKT) tələbatının öyrənilməsi və İKT-nin kütləviləşdirilməsi məqsədilə sorğu keçirir.

"Dövlət qurumları tərəfindən vətəndaşlara göstərilən hansı xidmətləri siz elektron xidmətlər şəklində görmək istərdiniz" kimi yalnız bir sual üzərində qurulan sorğu "www.iktili.az" saytında yerləşdirilib. Sorğu iştirakçıları özləri haqda müvafiq məlumatları yazdıqdan sonra təklifin məzmununu daxil etməlidirlər. Sorğuya daxil olmaq üçün "http://www.iktili.az/az/form1/" linkindən istifadə etmək lazımdır.

Qeyd edək ki, "www.iktili.az" saytı Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı yaradılıb.
 
Həqiqət İSABALAYEVA




17/07/13    Çap et