Marissa Mayer “Yahoo!”ya uğurlu gəldi
"Yahoo!" şirkəti icraçı direktor xanım Marissa Mayerin rəhbərliyi ilə 2013-cü ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb.
Hesabat dövrü ərzində internet-korporasiya 1,14 milyard dollarlıq mədaxil əldə edib. Bu, gəlirin 1,22 milyard dollar olduğu 2012-ci ilin analoji dövrünün nəticəsindən təxminən 7 faiz azdır.
Baner reklamı şirkətə 472 milyon dollar qazanc gətirib ki, bu da illik hesablamadan 12 faiz aşağıdır. Həmçinin axtarış nəticələrində reklamdan əldə olunan mədaxil 9 faiz azalaraq 418 milyon dollara çatıb.
İl ərzində "Yahoo!"-nun xalis mənfəəti təxminən 2 dəfə - 226,63 milyon dollardan 331,15 milyon dollaradək artıb. Mənfəətin bir səhmə nisbəti 30 sent təşkil edib,- "3DNews
www.3dnews.ru" yazır.