Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Twitter”in həmtəsisçisi San-Fransisko yaxınlığındakı evini satır
“Twitter” şirkətinin həmtəsisçisi Evan Uilyams San-Fransisko yaxınlığındakı evini 2,995 milyon dollara satır. Yerli mətbuatın yaydığı məlumata əsasən, Evan Uilyams və həyat yoldaşı Sara sözügedən binanı 2009-cu ildə 2,4 milyon dollara satın alıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ev yüksək tavanları olan üç mərtəbə, 4 yataq otağı, 4 vanna otağı, ayrıca qonaq evindən ibarətdir. Əsas ev hündürlükdə yerləşib və oradan San-Fransiskoya mənzərə açılır.
Xatırladaq ki, Uilyams hazırda “Twitter”də işləmir, o, şirkəti 2011-ci ildə tərk edib və o vaxtdan “Medium” startapını idarə edir.
Emil Hüseynov
17/07/13 Çap et