Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Elektron hökumət həlləri – elektron xidmətlərə çıxış” mövzusunda maarifləndirici təlim keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu ilə birlikdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində qeyri-hökumət təşkilatları üçün "Elektron hökumət həlləri – elektron xidmətlərə çıxış" mövzusunda maarifləndirici təlim keçirib. Tədbirdə 15 qeyri-hökumət təşkilatının təmsilçiləri iştirak edib.
Təlimdə mütəxəssislər tərəfindən təqdimatlar edilib, eyni zamanda "Elektron hökumət" portalında qeydiyyat, xidmətlərin istifadəsi və sənədin elektron imza kartı ilə imzalanması iştirakçılara praktiki şəkildə göstərilib.
Təlimin sonunda iştirakçılara pulsuz elektron imza kartları və kart oxuyucuları təqdim edilib.
Həqiqət İSABALAYEVA
17/07/13 Çap et