Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təsərrüfat subyektlərinə qarşı tətbiq edilmiş cərimələr internet vasitəsilə ödəniləcək



Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) "Cərimələrin internet vasitəsilə ödənilməsi xidməti" tam avtomatlaşdırılıb və "Elektron hökumət" portalına inteqrasiya edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, sözügedən xidmət Azərbaycan Respublikasında qanunvericiliyin tələblərini pozmuş təsərrüfat subyektlərinə qarşı SMPDK yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə  uyğun tətbiq edilmiş cərimələrin internet vasitəsilə ödənişini əhatə edir.

İstifadəçiləri barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş fiziki və hüquqi şəxslər olan interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir: "Hüquqi və ya fiziki şəxs elektron xidmətin təqdim edildiyi internet ünvanında adını, inzibati tənbeh vermə haqqında qərarın nömrəsini və tarixini daxil etməklə inzibati cərimənin ödənilməsi imkanını əldə edir".

Qeyd edək ki, cərimələrin ödənişi üzrə elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
 
CAHANGİR




17/07/13    Çap et