Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook”un əməkdaşları istifadəçilərin yazışmasını oxuyur?!
Şirkətin direktoru Mark Zukerberq üçün çıxışların mətninin yazılması ilə məşğul olmuş "Facebook"un keçmiş əməkdaşı Ketrin Loss deyib ki, sosial şəbəkənin əməkdaşları istifadəçilərin fərdi məlumatlarına, həmçinin hesabların parollarına giriş imkanına malikdirlər.
Beləliklə, onlar istənilən yazışmanı oxuya bilərlər.
Loss deyib ki, o, 2005-ci ildə "Facebook"da işə düzəlib. O zaman dəstək heyətinin əməkdaşları sistemə istənilən istifadəçinin adından daxil olmağa imkan verən "superparol"a malik idilər. Beləliklə, istənilən istifadəçinin yazışması və başqa informasiyasını oxumaq mümkün idi. Bu cür imkan istifadəçilərin problemlərini həll etmək və zəruri sazlamalar üçün istifadə olunurdu. "Facebook"un keçmiş əməkdaşının fikrincə, bu, startaplar arasında geniş yayılmış təcrübədir.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, əksər istifadəçilərin "Facebook" parolunu digər saytlarda istifadə etdiyini nəzərə alsaq, bu, məxfilik üçün böyük təhlükədir. Bununla belə, Loss qeyd edib ki, "Facebook" sonralar hesabların idarə edilməsi üçün daha təhlükəsiz üsullar tətbiq edib.
Emil Hüseynov
18/07/13 Çap et