Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Statistik hesabatlar “Elektron hökumət” portalı vasitəsilə statistika orqanlarına elektron qaydada veriləcək


Dövlət Statistika Komitəsinin (DSK) "Rəsmi statistik hesabatların təqdim edilməsi" xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, xidmət dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların  ailə kəndli və ev təsərrüfatları tərəfindən dövlət statistika orqanlarına elektron sənəd formasında təqdim edilməsini əhatə edir: Elektron xidmətin göstərilməsi nəticəsində həmçinin, fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən statistik hesabatlar statistika orqanlarına elektron qaydada təqdim edilir.

Qeyd edək ki, interaktiv növlü elektron xidmət ödənişsiz həyata keçirilir.
 
CAHANGİR




18/07/13    Çap et