Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlar polislərin fəaliyyəti ilə bağlı virtual formada müraciət edə bilər


Daxili İşlər Nazirliyinin (DİN) saytında polis sahə rəislərinin fəaliyyəti ilə bağlı vətəndaşlarla sorğu aparmaq üçün yeni bölmə yaradılıb. Əhali arasında aparılan virtual rəy sorğusu polis sahə rəislərinin işi, vətəndaşlarla onlar arasındakı münasibətlər, şikayət və ərizələrlə bağlı suallar yer alıb.

Sorğunun tərkibində vətəndaşların polis yanında fəaliyyət göstərən İctimai Şuraya üzv olub-olmamaqla bağlı da sual verilir.

Sorğuda iştirak etmək üçün DİN-in saytına müraciət etmək olar  (www.mia.gov.az və ya http://www.mia.gov.az/?/az/poll_ext/).
RƏVAN




18/07/13    Çap et