Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şirkətlər “Thunderbolt” texnologiyasından imtina edir



Yüksəksürətli “Thunderbolt” interfeysini hamıdan birinci öz məhsullarında tətbiq etməyə başlayan “Acer” şirkəti bu texnologiyanı “USB 3.0” texnologiyası ilə əvəzləməyi qərara alıb.

Birinci nəsil “Thunderbolt” kanal rabitəsinin buraxılış qabiliyyəti 10 Gbit/saniyə təşkil edir ki, bu da “USB 3.0” ilə müqayisədə 2 dəfə çoxdur. İyunda “Intel” korporasiyası “Thunderbolt 2” interfeysini təqdim edib. 10 qiqabaytlıq iki müstəqil kanalın birləşdirilməsi sayəsində məlumatların maksimal ötürülmə sürəti 20 Gbit/saniyəyədək artırılıb.  

Hazırda “Thunderbolt” texnologiyasından “Apple” şirkəti fəal istifadə edir, lakin digər şirkətlər buna soyuq yanaşırlar. Bu baxımdan “Acer” də öz məhsullarını “Thunderbolt”la təchiz etməmək qərarına gəlib və addımını “USB 3.0” ilə müqayisədə bu interfeysin bahalı və geniş yayılmaması ilə izah edir, -  “3DNews.www.3dnews.ru” yazır.
 




18/07/13    Çap et