Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron ticarət bazarının zəifliyi “eBay”ı məyus edib
2013-cü il aprel-iyun aylarının yekununa görə “eBay” şirkətinin xalis mənfəəti 640 milyon dollar olub ki, bu da ötən illə müqayisədə 8% azdır. Müvafiq dövrdə şirkətin mədaxili 14% artaraq 3,88 milyard dollar olub ki, bu da təxminən analitiklərin gözləntilərini doğruldub.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “eBay” inkişaf etməkdə olan ölkələrdə inkişafı planlaşdırır və onun proqnozuna əsasən, 2015-ci ilədək internet-hərracın auditoriyasının 25%-i məhz bu regionlarda olacaq.
2012-ci ildə “eBay”-ın gəlirinin 27%-i və “PayPal”-ın gəlirinin isə 50%-i xarici bazarların payına düşüb.
2015-ci ilədək şirkət qlobal auditoriyasını iki dəfə artırmağa və 300 milyard dollar qazanmağa ümid edir. Ötən rüb “eBay” abunəçilərinin sayı 119,7 milyona qədər artıb.
İkinci rübdə “PayPal” ödəniş sistemi “eBay” şirkətinə 1,62 milyard dollar dəyərində gəlir qazandırıb.
Emil Hüseynov
18/07/13 Çap et