Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2017-ci ildə smartfonların tədarük həcmi 1.5 milyarda çatacaq
Ekspertlər əmindirlər ki, tezliklə smartfon seqmentinin miqyası daha da genişlənəcək. “IHS” informasiya-analitik agentliyinin son proqnozuna əsasən, 2017-ci ildə qlobal bazara 1,5 milyard smartfon tədarük ediləcək.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bu il onların tədarük həcmi 897 milyon səviyyəsində gözlənilir. Ehtimal edilir ki, qarşıdakı üç ildə smartfonların tədarük həcmi orta hesabla 15,8% artacaq. Beləliklə, 2014-cü ildə bu rəqəm 1,1 milyard, 2015-ci ildə bir qədər çox 1,2 milyard və nəhayət, 2016-cı ildə 1,4 milyard aparat təşkil edəcək.
Emil Hüseynov
18/07/13 Çap et