Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” istifadəçi məlumatlarını Amerikanın xüsusi xidmət orqanlarından gizlədəcək



 “Google” istifadəçilərin fayllarını Amerikanın xüsusi xidmət orqanlarından gizlətməyə qərar verib. “CNET” internet nəşrinə şirkətə yaxın mənbələrin verdiyi məlumata əsasən, “Google” şirkəti sənədlərin “Drive” adlanan "bulud" xidmətində şifrələnməsi üzərində sınaqlara başlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə axtarış sistemi informasiyanı təhlükəsiz kanal üzrə ötürməsi haqqında məlumat vermişdi, lakin data mərkəzlərdə istifadəçilərin faylları şifrələnməmiş formada saxlanılır. Əgər “Google” data mərkəzlərdə də qorumanı təmin edə bilsə, o zaman istifadəçilərin faylları tam təhlükəsiz olacaq, çünki şirkət arxivlərin məzmununu aça bilməyəcək.

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edvard Snouden “PRISM” adlanan məxfi proqram haqqında elan etdikdən sonra “Google” belə addım atıb. Onun iyunun əvvəlində KİV-ə verdiyi informasiyaya görə, MKİ elektron poçt yazışmalarını oxuyur və  Amerikanın “Google”, “Yahoo!”, “Apple”, “Skype” və “Facebook” kimi iri şirkətlərinin müştərilərinin fəallığına nəzarət edir.

Emil Hüseynov




19/07/13    Çap et