Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya və rabitə xidmətlərində əlavə dəyər 7,5 faiz artıb


Cari ilin birinci yarısında ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz artaraq 27,2 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi 3,7 faiz artaraq 2936,3 manat (3741,9 ABŞ dolları) təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xidmət sektorunda əlavə dəyər istehsalının 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr tərəfindən təmin edilib. Cari ilin altı ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərində  əlavə dəyər 7,5 faiz artıb.

Bu ilin 1 iyun vəziyyətinə muzdla işləyənlərin 1,8 faizi informasiya və rabitə sahəsində məşğul olub. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
 
CAHANGİR
 




19/07/13    Çap et