Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet nəhəngi hesabat verib


“Google” şirkəti rüblük hesabatını dərc edib.  O, internet reklam satışlarının həcminin və internet nəhənginin ən böyük bölməsinin gəlirinin azalması fonunda bazar gözləntilərindən aşağı olub.

“Google”-un mədaxili tərəfdaş saytlara ödənişlər hesablanmadan 11,1 milyard dollar təşkil edib. Dünyanın ən böyük axtarış sisteminin əməliyyat mənfəəti 1 səhm üçün 9,56 dollar olub. Rüblük nəticələrin dərc edilməsindən sonra şirkətin səhmlərinin qiyməti 5,7% azalaraq 858,80 dollar olub.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hesabat məlumatlarına əsasən, “Google”-un meydançalarında reklam kampaniyasının orta qiyməti 6% azalıb. Elan verənlər isə öz növbəsində ənənəvi reklam kampaniyalarına xərclərini azaldaraq getdikcə büdcəyə uyğun mobil reklama üstünlük verirlər.

Cari ilin ikinci rübündə “Google” şirkətinin xalis mənfəəti 3,23 milyard dollar təşkil edib. Şirkətin əməliyyat xərcləri ümumi gəlirin 35%-ni təşkil edib.

Emil Hüseynov




19/07/13    Çap et