Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Siyəzən Rayon İcra Hakimiyyətinin texnoloji əsaslarla qurulan yeni inzibati binasının açılışı olub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. İnzibati bina müasir idarəetmə metodlarından istifadə olunması üçün bütün texniki şəraitlə təchiz edilib.

Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir. Binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, operativ idarəetmə mərkəzi də mövcuddur. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılmışdır. Müasir standartlara cavab verən səs, istilik, işıq sistemləri ilə təchiz edilən 128 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi mümkündür.

Rayon icra hakimiyyətində, həmçinin onlayn videoqəbul da yaradılıb. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun Məşrif, Zarat, Eynibulaq, Sədan və Böyük Həmyə icra nümayəndəlikləri şəbəkəyə qoşulub.





19/07/13    Çap et