Federal Təhlükəsizlik Bürosu “iPhone” üçün ilk rəsmi proqram istifadəyə verib
Federal Təhlükəsizlik Bürosu (FTB) mobil qurğular üçün öz ilk rəsmi “FBİ Child İD” adlı proqramını istifadəyə verib. Proqram vasitəsilə valideynlər “bulud”da öz uşağı haqqında informasiya saxlaya bilərlər.
Proqram vasitəsi ilə istifadəçilər “bulud”da öz uşaqları haqqında müxtəlif informasiya (çəki, boy haqqında məlumatlar) saxlaya bilərlər. Uşağın hər hansı ictimai yerdə itməsi halında bu məlumatlara tez giriş əldə edərək həmin məlumatları uşağı görənlərə və ya polisə göstərmək olar. Bundan başqa, proqramda xüsusi düymə var ki, ona sıxmaqla uşaq haqqında informasiyanı elektron poçtla hakimiyyət nümayəndələrinə göndərmək olar.
Hazırda “Child İD” proqramını yalnız “iPhone” istifadəçiləri istifadə edə bilər. Proqramı “App Store” onlayn mağazasından pulsuz yükləmək olar. Gələcəkdə istehsalçılar proqramı digər mobil platformalarda da çıxarmağı planlaşdırırlar. Bundan başqa, FTB nümayəndələrinin sözlərinə görə, proqrama fəal şəkildə müxtəlif yeni funksiyaları əlavə etmək planlaşdırılır. “iPhone”-dan başqa, proqram həmçinin “iPod Touch” və “iPad” qurğularında işləyə bilər.
www.cnews.ru