Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter platformaları bazarının əsas iştirakçıları bəlli oldu
"Gartner" və "IDC" analitik şirkətlərinin tədqiqat məlumatlarına əsasən, 2013-cü ilin birinci rübünün yekununa görə, "Android" mobil əməliyyat sisteminin kompüter platformaları (smartfon, planşet, fərdi kompüter, konsol, server və s.) bazarında payı 50%-dən çox təşkil edir.
“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, 2009-2013-cü illərdə fərdi kompüter (FK) bazarının 91%-nə sahiblənmiş "Microsoft Windows" kompüter platformaları bazarının təxminən 40% payını itirib və bu mənfi trend davam edir. "Gartner"in məlumatlarına əsasən, əgər 2012-ci ilin və 2013-cü ilin ikinci rüblərini müqayisə etsək, o zaman fərdi kompüterlərin qlobal tədarük həcmi 10% azalıb.
Hazırda "Microsoft" korporasiyası "Windows Phone" platforması sayəsində öz vəziyyətini düzəltməyə səy göstərir. "IDC"-nin məlumatlarına əsasən, 2012-dən 2013-cü ilədək "Windows Phone" platforması bazar payını 1,2% artırmağa müvəffəq olub.
FK sahəsində Amerika şirkəti əvvəlki kimi yeganə liderdir, bazarın 91,5%-nə nəzarət edir.
Emil Hüseynov
20/07/13 Çap et