Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli internet provayder modemlərə endirim edir
"SuperOnline" internet provayderi yeni kampaniyaya start verib. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, kampaniyanın şərtlərinə görə, avqustun 31-ə qədər internet provayderdən ADSL Modemi cəmi 9 AZN və ADSL Wi-Fi modemi cəmi 19 AZN-ə əldə etmək mümkündür.
Bundan əlavə, modem alan hər yeni müştəriyə bonus olaraq SuperOnline-dan bir ay 6 Mbit/s sürətli limitsiz SuperADSL internet hədiyyə verilir.
CAHANGİR
20/07/13 Çap et