Noutbuk istehsalçıları proqnozları azaldıb
Noutbuk istehsalçıları 2013-cü ilin üçüncü rübü üçün tədarük üzrə proqnozları azaldıb. Hazırda onlar portativ kompüterlərin tədarükündə əvvəlki rüb ilə müqayisədə 5 faizlik artım olacağını gözləyirlər.
İstehsalçıların fikrincə, bazarda vəziyyət mövsümi tələbatın artacağı son rübdə sabitləşəcək. Brend istehsalçılar bu yaxınlarda üçüncü rübdə satış üçün nəzərdə tutulan məhsulların yığılmasını azaldaraq qurğuların buraxılışı üzrə proqnozu əvvəlki qiymətləndirmə ilə müqayisədə 10 faiz aşağı salıblar.
Noutbuk istehsalçılarından olan "Wistron" şirkətinin idarə heyətinin sədri Saymon Li mövsümi amil sayəsində şirkətin ilin ikinci yarısında gəlirini artıracağını gözləyir, lakin artım məhdud olacaq və əsasən dördüncü rübdə baş verəcək. Digər istehsalçı "Quanta Computer" şirkəti ilin birinci və ikinci yarısında noutbukların buraxılış həcminin 40:60 faiz nisbətinə bərabər olacağını proqnozlaşdırır.
S.Linin fikrincə, "Windows 8.1" əməliyyat sistemli yeni məhsulların və platformaların buraxılması oktyabr-dekabrda istehlakçılar tərəfindən kompüter mallarına tələbatın artmasına zəmin yaradacaq.
"
www.dailycomm.ru"