Yaponiya alimləri səhraların yaşıllaşdırılması üçün texnologiya hazırlayıblar
Yaponiyanın Kioto Universitetinin əməkdaşları "Panasonic" korporasiyası ilə birlikdə səhraların yaşıllaşdırılması üçün nəzərdə tutulan texnologiya işləyib hazırlayıblar. Bu barədə şirkətin nümayəndələri məlumat verib.
Yapon mütəxəssislər quru torpağın üzərinə suyu saxlayan xüsusi reaktiv tökməyi təklif ediblər. Bu maddənin köməyi ilə 70 faizlik nəmliyi saxlayan məhsuldar təbəqə yaratmaq mümkündür. Yeni texnologiya mövcud su keçirməyən təbəqə üsullarından fərqli olaraq hava dövranını pozmayır və bitkilərin böyüməsinə şərait yaradır.
Bir ton reaktivin dəyəri təxminən 10 min yen (100 dollar) qiymətləndirilir. 2016-cı ildə bazara çıxarılması planlaşdırılan texnologiyaya ilk növbədə yaşıllaşdırma problemi və torpaqların səhralaşması ilə mübarizənin çox kəskin olduğu Afrika, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrində tələbat olacağı gözlənilir,- "İTAR-TASS
www.itar-tass.com" yazır.