Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” haker hücumunun qarşısını belə aldı


ABŞ-ın “Apple” şirkəti haker hücumunun edilməsi səbəbindən əlavə tərtibatçıları üçün servisi bağlamaq məcburiyyəti ilə üzləşib. Bu barədə şirkətin saytında yerləşdirilən məlumatında deyilir.

Şirkətin bəyanatında deyilir ki, sayta hücum ötən cümə axşamı başlayıb və cinayətkarların məqsədi resursun qeydiyyatdan keçmiş istifadəçilərinin fərdi məlumatlarını ələ keçirmək olub.

“İstifadəçilərin məxfi məlumatı şifrələnmiş şəkildə saxlanılıb və ondan istifadə bağlanılıb, lakin biz bəzi istifadəçilərin məhz poçt və elektron poçt ünvanlarının cinayətkarların əlinə keçməsini istisna etmirik”, - bəyanatda deyilir. 

Hazırda şirkət mütəxəssisləri təhlükəsizlik sisteminin gücləndirilməsi, proqram təminatının yenilənməsi və məlumat bazasının bərpası ilə məşğuldurlar. Resursun yenidən işə nə vaxt salınacağı barədə məlumat verilmir.
www.ria.ru




 




22/07/13    Çap et