Çinlilər dünyanın ən hündür binasının inşasına başlayıblar
Çinin Hunan vilayətində dünyada ən hündür bina olacaq “Sky City” göydələninin tikintisinə başlanılıb.
Çanşa şəhərində yerləşəcək 208 mərtəbəli binanın hündürlüyünün 838 metr təşkil edəcəyi nəzərdə tutulur. Binada ofis, apartament, hotel, ticarət yerləri, məktəb, xəstəxana, mağaza, restoran və idman zalları yerləşəcək. Layihənin müəllifi qismində “Broad Group” şirkəti çıxış edir.
1,05 milyon kvadratmetr ərazini əhatə edən binanın inşasının 2014-cü ilin aprelində başa çatması planlaşdırılır. Layihəyə yatırılan investisiyaların həcmi təxminən 850 milyon dollar qiymətləndirilir.
Hazırda dünyada ən hündür bina Dubaydakı “Burc Xəlifə” (828 metr) hesab edilir,- “Lenta.
www.lenta.ru” yazır.