Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Lenovo” “Fortune Global 500” 2013 reytinqində irəliləyib


"Lenovo" şirkəti 2013-cü ildə dünyanın iri şirkətlərinin əldə etdiyi gəlirləri özündə əks etdirən "Fortune Global 500" reytinqində 329-cu yerə qalxmasını elan edib. 2012-ci illə müqayisədə (370-ci yer) şirkət 41 pillə irəliləyib və 34 milyard dollarlıq gəlirlə "News Corp.", "American Express" və "Air France-KLM Group" kimi məşhur brendləri geridə qoyub.

Reytinqdə qeyd edilir ki, "Lenovo" uğurlu "Müdafiə və hücum" biznes strategiyasını həyata keçirməyə başlaması nəticəsində 2011-ci ildə siyahıda 450-ci yerə qayıtdıqdan sonra üçüncü ildir ardıcıl olaraq nəticələri yaxşılaşdırır.

Nüfuzlu "Fortune" jurnalının reytinqində əhəmiyyətli dərəcədə irəliləmə 31 mart 2013-cü ildə başa çatmış 2012-2013-cü maliyyə ilinin güclü göstəricilərinin nəticəsidir. Həmin vaxt şirkət 34 milyard dollar illik gəlir əldə etdiyini və dünyanın fərdi kompüterlər bazarında rekord paya (15,5%) sahib çıxdığını açıqlamışdı, - "It-Weekly www.it-weekly.ru" saytı yazır.

"Lenovo"nun strategiyası gəlirlərin və dünyada əsas fərdi kompüter biznesinin qorunması, yeni kateqoriyaların yaradılması üçün bütün məhsullarında innovasiyaların tətbiqi, müştərilərə göstərilən xidmətin keyfiyyətinin artırılması sayəsində bu dinamikanın davam etdirilməsindən ibarətdir. 
 




22/07/13    Çap et