Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

«GOV.AZ» seqmentinin üstünlükləri artırılıb


 

Azərbaycan Respublikası dövlət orqanlarının rəsmi internet resursu – yeni dizaynı, genişləndirilmiş məlumat bazası və istifadəçilərin rahatlığı üçün əlavə olunan bir sıra imkanları ilə istifadəyə verilib.

Bu barədə “ICTnews.az” elektron xəbər xidmətinə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, elektron portaldan "Whois" axtarış sisteminə uyğun olaraq «GOV.AZ» seqmentindəki istənilən azad və ya istifadədə olan domenlər haqqında məlumat əldə etmək mümkündür. Yeni yaranan domenlər haqqında istifadəçiləri məlumatlandırmaq üçün portala həmçinin ən son qeydiyyatdan keçən domenlərin siyahısı da əlavə olunub.

Qeyd edək ki, «cert.gov.az» Azərbaycan Respublikasının dövlət orqanlarına məxsus şəbəkələrdə kompüter insidentlərinin idarə olunması və qarşısının  alınması üçün koordinasiya funksiyasını həyata keçirir və dövlət orqanlarına kompüter insidentlərinin aradan qaldırılması üzrə təmənnasız xidmətlər göstərir.

SEYMUR




23/07/13    Çap et