Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“118” Məlumat xidməti istifadəçilərə yeni xidmət təqdim edib



“118” Məlumat - Sorğu xidməti yeni “Kuryer” xidmətini istifadəçilərin ixtiyarına verib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, indi zərflərin, kiçik yüklərin və digər növ bağlamaların bütün Azərbaycan ərazisi üzrə ən operativ şəkildə çatdırılması “118” xidməti vasitəsilə də təşkil olunur.

Xidmət həm korporativ, həmçinin pərakəndə sifarişlər üçün keçərlidir. Çatdırılma xərcləri məsafə və təcililik statusundan asılı olaraq tarif cədvəlinə uyğun şəkildə operatorlar tərəfindən  vətəndaşa bildirilir.

CAHANGİR
 






23/07/13    Çap et