Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkənin İKT sektorunda ən yüksək əmək haqqı nə qədərdir?


 

 Ölkənin İKT sektorunda yüksəkixtisaslı kadrlara olan güclü tələbat fonunda savadlı kadrların cəlb edilməsi prosesi  sürətlənir və yüksək əməkhaqqı şərtləri tətbiq olunur.

Bunun nəticəsidir ki, hər il  sektorda ixtisaslı kadrların sayı da  artır. Hazırda sektorda 32 657 nəfər işçi çalışır və 2012-ci illə müqayisədə işçilərin sayı 1004 nəfər artıb.

Ötən  ilin statistikasına görə, sektorda çalışan işçilərin 19 286 nəfəri telekommunikasiya, 6 620 nəfəri İT və informasiya, 5747 nəfəri isə poçt sektorunun payına düşüb.  

Bundan başqa, ötən il sektorda ən yüksək orta aylıq əməkhaqqı (891,6 ABŞ dolları) telekommunikasiya sahəsində, ən aşağı orta aylıq əməkhaqqı (269,5  ABŞ dolları) isə poçt sahəsində qeydə alınıb.
 
 
 
 




23/07/13    Çap et