Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Philips” şirkətinin xalis mənfəəti üç dəfə artıb



Hollandiyanın məişət elektronikası istehsalı, səhiyyə və istehlak elektronikası sahəsi üçün kompleks həll və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış “Royal Philips Electronics NV” şirkəti 2013-cü ilin ikinci rübünə dair işin nəticələrini açıqlayıb.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, iş yerlərinin ixtisarı, aktivlərin satışı və əsas fəaliyyət növlərinə diqqət yetirilməsi nəticəsində “Philips” şirkəti hesabat rübündə xalis mənfəətini üç dəfə artırıb.

Üçaylıq dövrün yekununa görə, şirkətin xalis mənfəəti 317 milyon avro olub. Bir il ərzində mədaxil 3% artaraq 5,65 milyard dollar olub.

Emil Hüseynov
 
 




23/07/13    Çap et