Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da əyilmiş ekranla təchiz edilmiş televizorların satışına başlanıb
Amerika KİV-nin yaydığı məlumata əsasən, bu həftə ABŞ sakinləri Koreyanın "Samsung" və “LG” şirkətlərinin yeni həlli – əyilmiş ekranla təchiz edilmiş televizorlarını satın ala biləcəklər.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən televizorların ekranları “OLED” texnologiyası üzrə hazırlanıb və çox yüksək təsvir ölçüsünə malikdir. Bundan başqa, əyilmiş ekranla təchiz edilmiş televizorlar “3D” formatını dəstəkləyir.
55 düymlük ekrana malik televizorun qiyməti 15 min dollardır.
Emil Hüseynov
23/07/13 Çap et