Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniya provayderləri pornoməzmunu bloklayacaqlar
Böyük Britaniyada internet provayderlər bütün istifadəçilər üçün pornoqrafik materialları başlanğıc ayar kimi bloklayacaq. Bu barədə baş nazir Devid Kemeron bəyan edib. Baş nazir deyib ki, kompüterlərdə pornoqrafik təsvirlərin (istər real, istərsə də düzəldilmiş) saxlanması İngiltərə və Uelsdə qanunsuz əməl sayılacaq. Bununla da qanunvericilikdəki boşluq aradan qadırılacaq.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Kemeron, həmçinin "pis" internet axtarış terminlərinin “qara siyahı”sının yaradılmasına səsləyib. Bu o deməkdir ki, “Google” və ya “Bing” kimi axtarış sistemləri “qara siyahı”dakı sorğulara cavab olaraq boş səhifələr göstərəcək. O, həmçinin xəbərdarlıq edib ki, yeni qanunun icrasında "texniki maneələr" olsa, o zaman firmalar bu məsələni həll etmək üçün “ən yaxşı beyinlər”ini istifadə etməli olacaqlar.
Kemeron çıxışı zamanı deyib ki, ilin sonunadək yeni istifadəçilərin hamısına avtomatik olaraq ailə filtri tətbiq ediləcək; lakin istəkdən asılı olaraq onlar onu deaktiv edə bilərlər.
Emil Hüseynov
23/07/13 Çap et