Hakerlər indi də şirniyyat mağazalarını hədəfə alıb
Amerika şirniyyat nəhəngi “Hershey Company” dünən bildirib ki, naməlum hakerlər şirkətin saytını “qırıblar” və məxfi informasiyaya (müştəri adlarına, əməkdaşlar haqqında məlumatlara, şirkətin operativ fəaliyyəti ilə bağlı xidməti məlumata və müxtəlif informasiyaya ) giriş əldə ediblər. Həmçinin “Hershey” şirkəti korporativ müştərilərin məlumatlarının da kibercinayətkarlar tərəfindən oğurlandığını bildirib. Şirkət keçən həftənin sonundan artıq müştərilərə məlumatların hakerlər tərəfindən ələ keçirildiyini bildirib.
cybersecurity.ru