Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın internet trafikinin 25%-i bu şirkətin payına düşür



“Google” şirkəti növbəti rekorda imza atıb: “Deepfield” şirkətinin hesablamalarına əsasən, ABŞ-ın internet trafikinin 25%-i axtarış nəhənginin payına düşür. Bundan başqa, gündəlik “Google”-un xidmətlərinə internetə çıxış imkanına malik 60%-dən çox elektron qurğu qoşulur.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Deepfield” şirkətinin nümayəndəsinin sözlərinə görə, trafikin həcminə görə yalnız “Netflix” xidməti “Google” şirkətini ötür.

Emil Hüseynov
 




23/07/13    Çap et