Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Statistik istehsalın innovativ aspektləri Avropa Konfransında müzakirə olunacaq



 
2014-cü ilin 3-5 iyun tarixlərində Vyana şəhərində Avstriya Statistikası ilə Avrostat tərəfindən "Rəsmi statistikada keyfiyyət" mövzusu üzrə Avropa Konfransı (Q2014) keçiriləcək. Konfransda keyfiyyət məsələləri, statistika sisteminin idarə olunmasında problemlər və statistik istehsalın innovativ aspektləri kimi mövzulara toxunulacaq. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, Avropa Statistika Sisteminin (ASS) idarə olunması ilə əlaqədar ASS çərçivəsində ekspert qiymətləndirməsinin ikinci mərhələsinin təşkili, uyğun göstəricilərin keyfiyyət aspektləri, həmçinin keyfiyyətə təminat məsələləri də diqqət mərkəzində olacaq. Ətraflı məlumatı konfransın rəsmi internet səhifəsindən (www.q2014.at) əldə etmək mümkündür.
 
Həqiqət İSABALAYEVA




24/07/13    Çap et