“Intel” server prosessoruna smartfonlar üçün texnologiya əlavə edəcək
“Intel” şirkəti növbəti server prosessorunda artıq smartfonlar üçün “Intel Atom” prosessorunda tətbiq olunan sərfiyyatın azalması texnologiyasından istifadə etməyi planlaşdırır.
“Moor Insights & Strategy” şirkətinin analitiki Pat Murhedin fikrincə, yeni məhsul “Intel”in rəqiblərinin tətbiq etdiyi “ARM” arxitekturalı verilənlərin emalı mərkəzləri ilə rəqabət aparmaq üçün nəzərdə tutulub. Adətən “ARM” prosessorlarından planşet və smartfonlarda istifadə olunur. Lakin enerji səmərəliliyi sayəsində onların əksəriyyəti nəzəri baxımdan “Intel”in yüksək məhsuldarlığa malik bir neçə prosessorları ilə müqayisədə az enerji sərf etməklə daha çox sürət verə bilər.
“Intel”in yeni prosessoru bir kristallı prosessorda yaddaş kontrollerini və qrafikanı yerləşdirməyə imkan verən “Broadwell” arxitekturası əsasında hazırlanacaq. Prosessorun gələn il buraxılması planlaşdırılır.
Qeyd edək ki, “Intel”in xalis mənfəəti 2013-cü ilin ikinci rübündə 29 faiz azalaraq 2 milyard dollar təşkil edib. Bu, smartfon və planşetlər kimi mobil qurğular bazarının həcminin artması sayəsində ənənəvi kompüterlər bazarının azalması ilə əlaqədardır. Verilənlərin emalı üçün nəzərdə tutulan prosessorun buraxılması şirkətin fərdi kompüterlər bazarında üzləşdiyi itkiləri kompensasiya etməyə imkan verəcəyi güman edilir.
“Intel” şirkəti 18 iyul 1968-ci ildə yaradılıb və bu il 45 illik yubileyini qeyd edib,- “Digit
www.digit.ru” yazır.