Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Cisco” “Sourcefire” şirkətini 2.7 milyard dollara satın alacaq


"Cisco" şirkəti şəbəkə təhlükəsizliyi məsələləri ilə məşğul olan "Sourcefire" şirkətinin satın alınmasına 2,7 milyard dollar xərcləməyə qərar verib. Sözügedən saziş cari ilin sonunadək bağlanmalıdır.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, hər iki şirkətin rəhbərləri əmindirlər ki, onların şəbəkə təhlükəsizliyi sahəsində həlləri bir-birini tamamlayır.

Xatırladaq ki, "Sourcefire" şirkətinin əsası 2001-ci ildə qoyulub.  "Cisco Systems" şəbəkə avadanlığı hazırlayan və satan Amerika şirkətidir. Qərargahı San-Xose (Kaliforniya) şəhərində yerləşir.

Emil Hüseynov




24/07/13    Çap et