Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Fransada keçirilən aerokosmik sərgidə təmsil olunub
Fransanın "La Burje" hava limanında 50-ci yubiley aerokosmik sərgisi keçirilib. "ICTnews" elektron xəbər xidmətinin Dövlət Mülki Aviasiya Administrasiyasına (DMAA) istinadən verdiyi məlumata görə, sərgidə administrasiyanın direktoru Fuad Quliyev və "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Arif Məmmədov iştirak edib. Ölkəmizin təmsilçiləri bir çox dövlətlərin sərgi salonlarını gəzib, aviasiya texnikasının müasir nümunələri ilə tanış olublar.
Səfər zamanı DMAA direktoru Fuad Quliyev Fransanın mülki aviasiya baş direktoru Patrik Qandil ilə görüş keçirib. Görüşdə mülki aviasiya sahəsində ikitərəfli münasibətlərin inkişafı məsələləri, birgə layihələrin perspektivləri müzakirə olunub, ötən illər ərzində qazanılmış nailiyyətlər diqqətə çatdırılıb.
Qeyd edək ki, sözügedən tədbir ümumdünya aviasiya və kosmik sənaye sahəsində ən əlamətdar hadisələrdən biri hesab olunur. Parisdə ilk belə sərgi 1908-ci ildə avtosalon çərçivəsində keçirilib, 2013-cü ilin yubiley sərgisi isə yəqin ki, ən məhsuldar tədbir kimi tarixə düşəcək. Sərgi çərçivəsində imzalanmış müqavilələrin ümumi məbləği 180 milyard dollar təşkil edir.
CAHANGİR
24/07/13 Çap et