Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada "ən sürətli" sərt disk istehsal edilib



 
SSD erasının gəlişi ilə əlaqədar sərt disklər unudulmağa başlanıb. Bununla belə, "Seagate Technology" şirkəti dünən yeni korporativ sərt diskini istehsal edib. Şirkətin məlumatına əsasən, yenilik diskin çox sürətli olmasıdır. Yenilik istifadəçinin ehtiyaclarını təmin etmək üçün bir sıra firma texnologiyaları, həmçinin ən zəruri məlumatların keşlənməsi üçün daxili SSD-modul təklif edir.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, yeni sərt diskdə fırlanma sürəti 15000 dövr/dəq. olan 600 qiqabaytlıq disk, həmçinin məlumatların keşlənməsi üçün 32 QB-lıq SSD-yığıcı istifadə edilir. Disk 3,5 düymlük korpusda hazırlanıb ki, bu da müasir server həlləri üçün qeyri-tipikdir.

Yeni sərt disk həm fərdi server, həm də verilənlərin saxlanılması sistemlərində istifadə edilə bilər.

Emil Hüseynov
 
 




24/07/13    Çap et