Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı ölkə əsas spam mənbəyidir?
"Cloudmark" şirkətinin tədqiqat nəticələrinə əsasən, Şərqi Avropa ölkələri spam siyahısına başçılıq edirlər.
Ekspertlər qeyd edirlər ki, Belarus spamerlər arasında çox populyarlaşıb və onlar bunu başqa ölkələrin spamerlərlə fəal mübarizə aparması ilə əlaqələndiriblər.
Bundan başqa, başqa dövlətlərin hostinq provayderləri spam mesajlarını bloklayırlar, buna görə də spamerlər cəzaya məruz qalmadan fəaliyyət göstərə biləcəkləri yer axtarırlar.
"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, Belarus provayderləri və hostinq şirkətləri rumıniyalı spamerlərin vasitəsinə çevrilib.
"Cloudmark" şirkətinin versiyasına görə, Belarus (27,4%), Rumıniya (22,3%) və Rusiya (3%) əsas spam mənbəyidir.
Emil Hüseynov
24/07/13 Çap et