Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda güzəştli şərtlərlə 21680 kompüter satılıb
“Xalq kompüteri” layihəsindən yararlanaraq güzəştli şərtlərlə kompüter alanların sayı artıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, hazırda “Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihə çərçivəsində 21 680 ədəd kompüter əldə olunub.
Layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və bazar qiymətlərindən 25%-dən 40%-ə qədər aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.
“Xalq kompüteri” layihəsi çərçivəsində Azərbaycan orta məktəblərinin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər.
Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizat isə “BestComp Group” şirkəti tərəfindən həyata keçirilir.
CAHANGİR
25/07/13 Çap et