Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar üçün 3 QB-lıq yaddaş modullarının istehsalına başlanılıb
"Samsung" şirkəti smartfon və planşetlər üçün aşağı enerji sərfiyyatlı 3 QB-lıq yaddaş modullarının kütləvi istehsalına başlayıb. 0.8 mm qalınlıqlı modul 20 nanometr texnoloji proses əsasında yaradılmış iki qrupa birləşdirilmiş altı çipdən ibarətdir.
Sözügedən yaddaş modulunun keçirtmə qabiliyyəti 2,133 Mb/s təşkil edir.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, 2014-cü ildə yeni yaddaş modulu ilə təchiz edilmiş smartfon və planşetlər işıq üzü görəcək. Həmçinin yeni yaddaş modulları mobil telefonların ölçülərini kiçiltməyə imkan verəcək.
Emil Hüseynov
25/07/13 Çap et