Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC regionlarda bankomatlar qurur
"Azərpoçt" MMC öz müştərilərinə POS-terminal və ATM-lər vasitəsilə xidmət göstərir. Digər banklarla rəqabətdə geniş imkanlara malik olan müəssisə bu imkanlardan yararlanmaq məqsədilə konkret işlərə başlayıb.
Müəssisədən verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Poçtdaşıma Mərkəzi, mərkəzi poçt, 33, 73, 63 və 2, Lökbatan, Gəncə, Yevlax şəhərlərində və Kürdəmir rayonunda poçt şöbələrində qurulan bankomatların ardı olaraq regionlarda da uyğun tədbirlərin davam etdirilməsinə başlanılıb. Hələlik ilkin olaraq ən böyük şəhər, rayon mərkəzi və texniki imkan olan ucqar dağ kəndi hədəflənib.
Aparılan işlər nəticəsində "Azərpoçt" MMC-yə məxsus olan ATM-lərin sayının bir qədər də artırılması nəzərdə tutulub.
Rəvan
25/07/13 Çap et