Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”-ı da “sındırdılar”



 
 
Artıq "Apple" şirkətinin rəsmi saytını "sındırma" cəhdindən bir həftə keçib.
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, şirkətin rəsmi səhifəsində hücum haqda məlumat yerləşdirilib. Hazırda artıq elan yenilənib və istifadəçilərə əlavə məlumatlar təqdim edilib.

"Apple" bərpa edilən resursların statusunu əks edən xüsusi səhifə yaradıb. Şirkətin əməkdaşları böyük səy göstərirlər və nəticədə istifadəçilər artıq «iTunes Connect» ilə yanaşı, «Bug Reporter» bölməsindən də istifadə edə bilirlər.

Aynur Vəliyeva
 





25/07/13    Çap et