Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“HTC Zara” smartfonunun texniki xüsusiyyətləri məlum olub
“HTC Zara” smartfonunun bəzi texniki xüsusiyyətləri məlum olub: Tayvan şirkəti büdcəyə uyğun aparatın korpusunu plastiklə təchiz edib. “LlabTooFer” resursunun məlumatına görə, smartfon 1,4 QHs takt tezlikli ikinüvəli “Qualcomm 400” prosessoru, 1 QB əməli və 8 QB daxili yaddaş, həmçinin 4,5 düymlük “qHD” ekranla təchiz edilib.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sözügedən aparat 1,6 meqapiksellik ön kamera ilə təchiz olunub. Smartfon, həmçinin “microSD” formatlı yaddaş kartları üçün slot, “Wi-Fi” və “Bluetooth 4.0” modulu ilə təchiz edilib. Aparata “Sense 5.0” örtüklü “Android 4.2.2 Jelly Bean” əməliyyat sistemi quraşdırılıb.
Smartfon haqqında rəsmi informasiya hələlik yoxdur.
Emil Hüseynov
25/07/13 Çap et