Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən təhlükəsiz brauzer hansıdır?
“NSS Labs” şirkətinin tədqiqat nəticələrinə əsasən, “Internet Explorer” brauzerinin son versiyası ən təhlükəsiz brauzer adlandırılıb.
“ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, ekspertlər təyin ediblər ki, “IE 10” və “Google Chrome 25/26” fişinq hücumlarına və istifadəçilərin fərdi məlumatlarının itkisinə qarşı daha dayanıqlıdır.
Bununla belə, arzuedilməz məzmunun bloklanmasının orta sürətinin hesablanması zamanı “Firefox” və “Safari” brauzerləri daha yaxşı nəticə göstəriblər.
Emil Hüseynov
26/07/13 Çap et