Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yandeks”in yaradıcısının vəfatı ilə bağlı məlumat təkzib olundu
“Yandeks” şirkətinin direktoru Arkadi Voloj deyib ki, İlya Seqaloviç dünyasını dəyişməyib, o komadadır.
“ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, Volojun sözlərinə görə, Seqaloviç süni aparata qoşulub.
Voloj deyib: "Biz şirkət tərəfindən bundan əvvəl bəyan edilmiş bəyanata münasibət bildirmək istəyərdik. İlyanın komada olmasından və süni aparata qoşulmasından xəbər tutmuşuq, lakin beyin fəaliyyəti əlamətləri müşahidə olunmur".
Emil Hüseynov
26/07/13 Çap et