Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli poçt operatorunun filial və şöbələrində “Worldcard” ödəmələrini həyata keçirmək mümkündür



İstifadəçilər "Worldcard" ödəmələrini Azərbaycanın hər yerində "World" loqosu olan "Azərpoçt" filial və şöbələrində edə bilərlər.

"ICTnews" elektron xəbər xidmətinin "worldcard.com.az" saytına istinadən verdiyi məlumata görə, "Azərpoçt" MMC-nin  filial və şöbələrindən aparılan ödəmələr üçün 1% əməliyyat haqqı alınır.

Ödəmələr yalnız Azərbaycan manatı ilə həyata keçirilə bilər, aparılan ödəmələr növbəti iş günü istifadəçinin hesabına saat 11:00-da köçürülür. Həftə sonuna və ya qeyri-iş günlərinə (bayram günlərinə) təsadüf edən ödəmələr növbəti iş günü hesaba köçürülür.

CAHANGİR




26/07/13    Çap et